Tibbi xəbərlər
Onkoloq Məmməd Bağır
Tibbi xəbərlər
223

Onkoloq Məmməd Bağır mükafata layiq görülüb

Dünya şöhrətli onkoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, həmyerlimiz Məmməd Bağır Əliyev Rusiya Federasiyası hökumətinin elm və texnologiya sahəsində 2024-cü il mükafatının laureatı olub.

E-saglam.az Azərtac-a istinadla xəbər verir ki, rusiyalı onkoloq, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin müşaviri Məmməd Bağır Əliyevə Rusiya Federasiyası Hökumətinin elm və texnologiya sahəsində ikinci dəfə (ilk dəfə - 2006-cı ildə) mükafatı təqdim edilib.

Tanınmış alim bundan əvvəl Rusiya elminin inkişafındakı böyük xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə görə və Rusiya Elmlər Akademiyasının yaradılmasının 300 illiyi ilə əlaqədar “Dostluq” ordeni və Azərbaycan üçün tibb kadrlarının hazırlanmasında və diasporun fəaliyyətinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun