Yandex watch
Onkoloq ağciyər xərçənginin "məkrindən"

Onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Klinik Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin xəbərdarlıq edib ki, ağciyər xərçənginin ilk əlamətlərini digər xəstəliklərin simptomları ilə asanlıqla qarışdırmaq olar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, "news.ru" ilə söhbətində ağciyər xərçənginin məkrliliyindən danışıb.

Onun sözlərinə görə, ağciyər xərçənginin spesifik əlamətləri yoxdur və 15 faiz hallarda xəstəlik simptomsuz keçir: “Bu, adətən, xroniki bronxiti olan siqaret çəkənlərə təsir edir. Belə insanlarda rentgenoloqun ilkin mərhələdə xərçəngi aşkarlaması çətin olur, çünki şəkildəki ağciyərlər hamısı dəyişir, strukturu və s. Əgər xəstə siqaret çəkmirsə, o, xərçəngin ilk əlamətlərini soyuqdəymə və ya digər ağciyər xəstəlikləri ilə əlaqələndirə bilər".

O, əlavə edib ki, simptomlar şişin harada yerləşməsindən asılıdır: "Ağciyər toxumasının özündə sinir ucları yoxdur və şiş orada inkişaf edərsə, bronxial selikli qişaya çatana və qıcıqlandırmağa başlayana qədər heç bir şəkildə özünü göstərmir".

“Sonra adamda qanlı axıntı başlayır. Yaxud sinir uclarından çıxan şiş keçən sinirə keçir. O zaman ağrı həqiqətən ağır yüklər altında baş verə bilər”, - Çeryomuşkin izah etdi.

Həkim həmçinin ildə ən azı bir dəfə ağciyər müayinəsindən keçməyi tövsiyə edib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az