Tanınmış həkim və aparıcı Aleksandr Myasnikov şəkər əvəzləyicilərin zərərlərindən danışıb
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, şəkər əvəzləyiciləri 2-ci tip diabetin inkişaf riskini artırır. O, bu barədə “Rossiya 1” telekanalında danışıb.
Həkim izah edib ki, dadlandırıcılar adi şəkərdən qat-qat zərərlidir, buna görə də onlar “qırmızı zonada”dırlar.
Bununla belə, şəkərli diabetin inkişaf riskini artırması şəkər əvəzləyicilərinin yeganə çatışmazlığı deyil. Mütəxəssisin sözlərinə görə, onlar xərçəngin də yaranmasına səbəb olur. (Publika.az)