"Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur" - Fizuli Hüseynovdan
"Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur" - Fizuli Hüseynovdan

Dünyanın bir çox dövlətlərində zəli müalicəsi araşdırılsa da, müsbət effektləri ortaya çıxsada rəsmi olaraq Səhiyyə nazirliklərinin müalicə protokollarına salınmır.

E-saglam.az bu barədə həkim-fitoterapevt Fizuli Hüseynovun yazısını təqdim edir. 

"Əvvəla onu deyim ki, zəli və hicama müalicələri xroniki xəstəliklərin bir çoxunda uğurla tətbiq edilir və günümüzdəki dərman müalicələri ilə nəinki rəqabət aparır, hətta dərman müalicələrindən qat-qat daha yaxşı təsir göstərməkdədirlər. Xroniki xəstəliklərin müalicəsində kimyəvi dərman preparatlarından dəfələrlə ucuz başa gəlir.

Günümüzün reallığı budur ki, İnkişaf Etmiş və inkişafda olan dövlətlərin Səhiyyə Nazirlikləri böyük dərman firmalarının təsirləri altındadırlar, bu firmaların o qədər büdcələri var ki və dərman istehsalına o qədər qadağalar qoyublar ki, demək olar aparıcı dərmanların 90 faizi bu firmaların nəzarətlərindədir. Bu firmalar həkimlərlə daima müxtəlif konfranslarda görüşlər təşkil edərək dərmanlarını tanıdır, dövlətlərin Səhiyyə Nazirliyinin protokollarına salınır və beləcə büdcələrini daima şişirdirlər. Bizim Azərbaycan Dövləti olaraq milli müalicə konsepsiyamız olmalıdır. Bizlər bu üsullarını yaşatmaqla bərabər, həmdə inkişaf etdirməliyik.

Hindistanda, Çində, Tayvanda, Rusiyada belə bir konsepsiyalar var. Öz müalicə üsullarını yaddan çıxarmamaqla bərabər, həmçinin inkişaf etdiririlər.

Azərbaycanda olan təbiət, iqlim qurşaqları hansı bir ölkədə var?

Amma biz bu ana təbiətdən necə istifadə edirik?

Ölümlərini gözləyən yüzlərlə xərçəng xəstələri gözlərini Qərb dövlətlərinə dikiblər ki, görək hansı dərman kəşf olunacaq, amma bizdə bol antioksidantlı dərman bitkilərimizi tanıyan yoxdur. Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur. Əslində mən o həkimləri qınamıram. Çünki bitki haqqında məlumatlı deyilər. Amma olmazmı hansısa bir kimyəvi sistemlərdən sonra dərman bitkilərindən ibarət kompleks müalicə proseduru da təyin olunsun. Əlbəttə ki olar, həmdə çox faydalı olar. Ən azından bu bitkilərin tərkibindəki antioksidantlar elm tərəfindən sübut olunub və o da elmə məlumdur ki, bol antioksidant bol günəş və zəngin minerallı torpaq örtüyü olan ərazilərdə daha çox olur, məncə hər şey aydındır. Yenə də Allahın bizə verdiyi amma dəyərini bilmədiyimiz doğma diyarımız Azərbaycanda bol günəş də var, zəngin minerallı torpaq örtüyü də.

Zəli ilə müalicə barədə təklif

Sonda təklifim odur ki, heç olmasa dövlətimiz bu kimi işlərə pul ayırmasa da milli bir konsepsiya hazırlasın ki, iş adamları öz hesablarına bu konsepsiyalara əsaslanaraq müxtəlif qidalanma mərkəzləri, sanatoriyalar, hicama, zəli, arı sancma mərkəzlərini bir arada toplayaraq müalicəvi bədən tərbiyəvi mərkəzlər aça bilsinlər. Bu kimi mərkəzləri açmaqla həm dövlətimizi dünya səviyyəsində daha yaxşı tanıda bilərik, həm də bol turist axınına səbəb ola bilərik".

E-saglam.az