Xəstəliklər
“Omikron” ştamının daha çox təhlükəli olduğu insanlar açıqlanıb
Xəstəliklər
322

“Omikron” ştamının daha çox təhlükəli olduğu insanlar açıqlanıb

Koronavirusun “omikron” ştamı heç vaxt COVID-19-a yoluxmamış və peyvənd olunmamış insanlar üçün daha çox təhlükəlidir.

E-saglam.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Pavel Volçkov bildirib.

Onun sözlərinə görə, koronavirusdan sağalan və peyvənd olunan insanlar xəstəliyi yüngül keçirəcək.

Mütəxəssis bunu koronavirusu “tanıyan” orqanizmin immun sisteminin möhkəm olması ilə əlaqələndirib.

SARS-CoV-2 ştamı noyabrda Botsvana və Cənubi Afrikada aşkar edilib. Variant B.1.1.529 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “omikron” etiketinə malikdir və narahatlıq doğuran ştam kimi səciyyələndirilir.

Rusiyada indiyədək “omikron” ştamına 25 yoluxma qeydə alınıb. (Report)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun