Tibbi xəbərlər
Ölümdən sonra insan şüurunda nə baş verir? -
Tibbi xəbərlər
202

Ölümdən sonra insan şüurunda nə baş verir? - Klinik ölüm keçirən həkim izah etdi

İnsan beyni ilə bağlı araşdırmaları ilə tanınan amerikalı neyrobioloq Kristof Kox ölümə yaxın təcrübəsi barədə danışdığı son müsahibədən sonra ictimaiyyətin diqqətini çəkib.

"Koronavirusdan xəstələnəndə klinik ölüm yaşadım. Bu, inanılmaz bir təcrübə idi! Gözqamaşdıran bir işıq gördüm, həm dəhşət, həm ekstaz hiss etdim. Artıq nə bədənim, nə Kristof kimi varlığım, nə də ayrıca bir 'mən' hissi qalmışdı. Dünya da yox idi, zamanın axışı da", - deyə o bildirib.

E-saglam.az xəbər verir ki, bu təcrübədən sonra Kristof Kox artıq ölümdən qorxmadığını söyləyib.

Ənənəvi olaraq, ölümə yaxın təcrübələr tibbi halüsinasiyalar hesab edilir, lakin müasir tədqiqatlar bu yanaşmanı şübhə altına alır. Bu fikri Nyu York Universitetinin Langone Tibb Məktəbindən reanimasiya mütəxəssisi Sam Parnia dəstəkləyir.

O, həmkarları ilə birlikdə klinik ölüm keçirmiş 2000 nəfərin iştirakı ilə araşdırma aparıb. Nəticələr göstərdi ki, iştirakçıların təxminən 40%-i oxşar hissləri təsvir edib və hətta otaqda baş verənləri görə və eşidə bildiklərini iddia ediblər. Üstəlik, klinik ölüm dövründə xəstələr müəyyən hormonların, o cümlədən norepinefrin, dopamin və serotonin səviyyələrində kəskin artım yaşadılar.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun