Tibbi xəbərlər
Ölüm tarixini proqnozlaşdıran kalkulyator yaradıldı
Tibbi xəbərlər

Ölüm tarixini proqnozlaşdıran kalkulyator yaradıldı

Kanadalı alimlər yaşlı insanın ölüm ehtimalını proqnozlaşdıran onlayn kalkulyator yaradıb.

E-saglam.az xəbər verir ki, bu barədə məlumat Kanada Tibb Assosiasiyasının jurnalında yayımlanıb.

Bildirilib ki, alimlərin bu cür qeyri-adi kalkulyatoru ixtira etməsinin səbəbi ölkədəki yaşlıların 80 faizinin ömrünün son ilində lazımi qayğı almamaları və əksəriyyətinin gözlənilməz səbəblərdən ölməsi olub. Belə bir kalkulyator həkimlərə və yaşlıların qohumlarına onların nəyə ehtiyac duyduqlarını anlamağa imkan verəcək.

Sistem 6 il ərzində evdə qulluq xidmətlərindən istifadə edən 491 min nəfər barədə məlumatlar əsasında hazırlanıb. Tədqiqatçılar bu məlumatlardan istifadə edərək ölümə aparan əsas amillərin nə olduğunu aşkar edib. Alimlər əmindir ki, bir insanın gündəlik davranışlarına əsasən hansı tezlikdə öləcəyini təyin etmək mümkündür. Məsələn, yaşlı insan daha az hərəkət etməyə, yeməyə və özünə az qayğı göstərməyə başlayırsa, yaxın 6 ayda ölüm ehtimalı artır.

Sistem 100 faizlik proqnoz vermir, ancaq həkim ona etibar edərək xəstə üçün lazımi müalicəni seçib ömrünü uzada bilər. (publika.az)

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun