Yandex watch
O, yaddaşını hər 7 saniyədən bir itirir -

Məşhur musiqiçi Clive Wearing-in həyat hekayəsi sadə bir infeksiyanın beyinə necə zərər verə biləcəyini göz önünə sərir. O, hər 7 saniyədən bir yaddaşını itirməklə yaddaş pozğunluğundan əziyyət çəkib. Bu vəziyyət herpes simplex virusunun səbəb olduğu ensefalitdən qaynaqlanıb və onun beynində, xüsusilə yaddaşa cavabdeh olan hipokampusda qalıcı zədələr yaradıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Clive Wearing, yaşadığı infeksiyanın təsiri nəticəsində köhnə xatirələrini itirmiş və yeni xatirələr formalaşdıra bilməmişdi. Hər 7 saniyədən bir yaddaşı sıfırlanan Wearing, bu vəziyyətlə gündəlik həyatını davam etdirməyə çalışıb. Çətinliklərə baxmayaraq, musiqi sevgisi onun həyatında bir dayaq olub. Qeydlər apararaq yaddaşını qorumağa çalışsa da, infeksiyanın beyinə verdiyi zərər qalıcı olub və müalicə mümkün olmayıb.

Bu hadisə infeksiyaların beyinə təsiri ilə bağlı tədqiqatların başlanmasına ilham verdi. Alimlər sadə görünən infeksiyaların, məsələn, herpes və ya qripin uzunmüddətli nevroloji təsirlərə səbəb ola biləcəyini araşdırmağa başladılar. Araşdırmalar göstərdi ki, bədəndəki bəzi infeksiyalar yaşlandıqca demensiya kimi xəstəliklərin inkişaf riskini artıra bilər.

"Nature Aging" jurnalında dərc edilən bir araşdırma, qrip və tənəffüs yolları infeksiyalarının beyin atrofiyasını sürətləndirdiyini və illər sonra demans riskini artırdığını sübut etdi. Tədqiqatlar infeksiyaların bəzi insanlarda koqnitiv sağlamlığa ciddi təsir göstərə biləcəyini və hətta düşüncə tərzi ilə davranışları dəyişdirə biləcəyini ortaya qoydu.

ABŞ Milli Qocalma İnstitutunun məlumatlarına əsaslanan bu araşdırma, 15 fərqli infeksiyanın beyin həcminə təsirini analiz edib. Nəticələr göstərdi ki, bəzi infeksiyalar beyin həcminin itkisini sürətləndirə bilər və bu da uzunmüddətli nevroloji problemlərə səbəb ola bilər.

Clive Wearing-in həyatından çıxarılan dərs infeksiyaların vaxtında və effektiv şəkildə müalicə edilməsinin əhəmiyyətini vurğulayır. Xüsusilə qrip və herpes kimi yayılmış infeksiyalar diqqətə alınmalı və lazımi tədbirlər görülməlidir ki, beyin sağlamlığımız qorunsun.

Tərcümə: Könül Oruc

E-saglam.az