Yandex watch
Niyə fındıq və fıstıq allergiyası digər allergiya növlərindən

Fındıq və fıstıq dünyada ən çox rast gəlinən qida allergenlərindən biridir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu qidalar, tərkibindəki yüksək allergen xüsusiyyətlərə malik zülallar və ətraf mühit faktorları səbəbindən digər qidalardan daha təhlükəlidir.

Fıstıq allergiyasının səbəbləri

Fıstıqda olan Ara h 1, Ara h 2 və Ara h 3 adlı zülallar istiliyə və həzm prosesinə qarşı davamlıdır. Yəni fıstıq bişirildikdə belə bu allergenlər parçalanmır və immun sistemini reaksiya verməyə davam etdirir.

Erkən yaşda fıstıqla təmas da allergiya riskini artırır. Xüsusilə dəri vasitəsilə (məsələn, fıstıq yağı tərkibli məhsullarla) erkən məruz qalma immun sistemi üçün güclü tətikləyici ola bilər. Bundan əlavə, çarpaz reaktivlik səbəbindən bəzi paxlalılar və digər qoz-fındıqlar da fıstıq allergiyası olan insanlarda reaksiyalara səbəb ola bilər.

Fındıq allergiyasının xüsusiyyətləri

Fındıq allergiyası xüsusilə Avropada geniş yayılıb və çox vaxt polen-qida sindromu ilə əlaqələndirilir. Fındığın tərkibindəki Cor a 9 və Cor a 14 zülalları polen zülallarına bənzədiyi üçün polen allergiyası olan şəxslərdə fındıq allergiyası riski daha yüksək olur. Bu zülallar istiliyə davamlıdır, yəni qovrulmuş və ya emal edilmiş fındıq da allergik reaksiyalara səbəb ola bilər.

Avropa mətbəxində fındığın geniş istifadə olunması (şokolad, çörək məmulatları və s.) allergenlə təmas ehtimalını artırır. Bundan əlavə, fındıq allergiyası olan şəxslər qoz, pekan və digər ağac qoz-fındıqlarına qarşı da çarpaz reaksiya göstərə bilərlər.

Digər qoz-fındıqlarla müqayisə

Bütün qoz-fındıqlar allergik reaksiyalara səbəb ola bilər, lakin bəzi növlər, məsələn, badam, daha az təhlükəli hesab edilir. Bunun səbəbi onların tərkibindəki zülalların istilik və həzmə daha asan parçalanmasıdır. Lakin fındıq və fıstıq allergenləri bu xüsusiyyətlərə malik olmadığından, onların risk səviyyəsi daha yüksəkdir.

Fındıq və fıstıq allergiyası tez-tez şiddətli reaksiyalarla müşayiət olunur və bəzən həyati təhlükə yarada bilər. Buna görə bu allergenlərə qarşı həssas olan şəxslər xüsusi diqqət yetirməli və qidalarına nəzarət etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az