Yandex watch
Niyə bəzi ağrıkəsicilər qadınlarda daha az təsirli olur?

Ağrıkəsicilər gündəlik həyatda həm kişilər, həm də qadınlar tərəfindən geniş istifadə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqatlar göstərir ki, bu dərmanların təsiri cinsə görə fərqlənə bilər. Bunun əsas səbəbləri hormon balansı, immun sisteminin işləmə prinsipi və dərmanların metabolizə olunma sürətidir.

Cinsi hormonların rolu

Ağrıkəsicilərin təsirindəki əsas fərqlər cinsi hormonların bədəndə yaratdığı dəyişikliklərlə bağlıdır. Qadınlarda daha yüksək səviyyədə istehsal olunan estrogen hormonu bədəndə yağ miqdarını artırır və dərmanların qan plazmasında paylanmasına təsir göstərir. Bundan əlavə, estrogen qan zülallarının dərmanlara bağlanmasını azaldaraq, onların parçalanma və təsir müddətini dəyişdirir.

Eyni zamanda, qadınların immun sistemi kişilərlə müqayisədə daha aktiv işləyir. Bu, iltihabi reaksiyaların daha güclü olmasına səbəb olur və nəticədə qadınlar ağrıkəsicilərə daha çox ehtiyac duya bilərlər.

Yan təsirlər daha çox görünür

Tədqiqatlar göstərir ki, qadınlar ağrıkəsiciləri kişilərə nisbətən daha yavaş metabolizə edir. Bu, dərmanların təsir müddətinin uzanmasına və daha çox yan təsir yaratmasına səbəb ola bilər. Məsələn, qadınlarda ağrıkəsicilər baş ağrısı, ürəkbulanma və hətta halüsinasiyalar kimi əlavə təsirlərə yol aça bilər.

Ağrıkəsicilərdən düzgün istifadənin əhəmiyyəti

Yan təsirlər və fərqli təsir müddətləri olsa da, ağrıkəsicilərin vaxtında və düzgün dozada istifadəsi vacibdir. Ağrını gözardı edərək dərman qəbul etməmək bəzən xəstəliyin gedişatını ağırlaşdıra və sağalma müddətini uzada bilər. Buna görə də, fərdi xüsusiyyətləri nəzərə alaraq, ağrıkəsicilərin istifadəsi həkim məsləhəti ilə tənzimlənməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az