Tibbi xəbərlər
Nəzarətsiz dərman istifadə edənlərin
Tibbi xəbərlər

Nəzarətsiz dərman istifadə edənlərin bu orqanları risk altındadır

Türk Böyrək Vəqfi idarə heyəti üzvü və nefrologiya mütəxəssisi Prof. Dr. Mehmet Şükrü Sever, şüursuz dərman istifadəsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, xüsusilə ürək və böyrəklərin bir-biri ilə sıx əməkdaşlıq etdiyini və bu səbəbdən kardiorenal sindromun inkişafının mümkün olduğunu vurğulayıb.

Prof. Dr. Sever, bu sindromun beş alt qrupdan ibarət olduğunu və həm böyrəklərə, həm də ürəyə eyni anda təsir edə biləcəyini açıqlayıb. Ayrıca, diabet, yüksək qan təzyiqi, piylənmə, metabolik sindrom, damarların əhənglənməsi və yüksək xolesterin kimi amillərin hər iki orqan üçün risk faktorları olduğunu bildirib.

Mütəxəssis, revmatizmə qarşı dərmanlar, bəzi kontrast maddələr, antibiotiklər və bitki mənşəli dərmanlar kimi bəzi dərmanların kardiorenal sindromun yaranmasına səbəb ola biləcəyini qeyd edib. O, şüursuz şəkildə istifadə edilən dərmanların böyrəkləri, ürəyi və digər orqanları zədələyə biləcəyini xəbərdarlıq edərək, dərman istifadəsi ilə bağlı həkimlə məsləhətləşmənin vacibliyini vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun