Tibbi xəbərlər
Bakıda uşaq sığınacağında
Tibbi xəbərlər
222

Bakıda uşaq sığınacağında tibbi müayinələr təşkil olunub

Bakıda "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.

TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.

Bildirilib ki, müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.

E-saglam.az 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun