Sağlamlıq
Blogerlərin tövsiyələri ilə vitamin qəbul etməyin! -
Sağlamlıq
242

Blogerlərin tövsiyələri ilə vitamin qəbul etməyin! - Həkimdən xəbərdarlıq

Son illərdə həm dünyada, həm də ölkəmizdə vitamin, mineral və bitki mənşəli qida əlavələrinin istifadəsi xeyli artıb. Xüsusilə blogerlərin və sosial media paylaşımlarının təsiri, sürətli nəticə gözləntisi və “təbii məhsul” anlayışı bir çox insanı bu əlavələrdən nəzarətsiz istifadə etməyə sövq edir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu yanaşma ciddi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az xəbər verir ki, Bahçelievler Dövlət Xəstəxanasının daxili xəstəliklər üzrə mütəxəssisi Dr. Gözde Yaraşır bildirir ki, qida əlavələri sağlam həyat tərzinin alternativi deyil. Onun sözlərinə görə, yalnız zəruri hallarda və həkim məsləhəti ilə istifadə edildikdə faydalı ola bilərlər. Blogerlər tərəfindən paylaşılan, elmi əsaslara söykənməyən tövsiyələr isə insanları yanlış seçimlərə aparır.

Mütəxəssis qeyd edir ki, xüsusilə yağda həll olan A, D, E və K vitaminlərinin həddindən artıq qəbulu orqanizmdə yığıla və zəhərli təsirlərə səbəb ola bilər. Bu vəziyyət qaraciyər, böyrək və ürək-damar sistemi üçün ciddi risk yaradır.

Dr. Yaraşır xroniki xəstəlikləri olanlar, hamilə və əmizdirən qadınlar, yaşlılar və uşaqların risk qrupunda olduğunu vurğulayır. Bəzi bitki mənşəli məhsullar istifadə edilən dərmanlarla qarşılıqlı təsirə girərək müalicənin təsirini azalda və əlavə fəsadlara yol aça bilər.

Sonda mütəxəssis internet və sosial mediada yayılan məlumatlara əsaslanaraq özünə diaqnoz qoymağın təhlükəli olduğunu bildirir və vurğulayır ki, sağlamlığın qorunmasının əsas yolu balanslı qidalanma, sağlam həyat tərzi və qida əlavələrinin yalnız həkim nəzarəti altında istifadəsidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun