Qış aylarında ayaqları isti saxlamaq üçün corabda yatmaq bir çox insanın vərdişinə çevrilib.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir: bütün gecə corabda qalmaq yalnız yuxu keyfiyyətini pozmur, həm də qan dövranından sinir sisteminə, dəridən daxili orqanlara qədər bir çox sağlamlıq probleminə yol aça bilər.
Qan dövranına təsir edir
Dar və sıx corablar topuqlara təzyiq göstərərək qan axınını yavaşlada bilər. Bu isə laxtalanma və tromboz riskini artırır. Mütəxəssislər ayaqların gecə boyu sərbəst qalmasının sağlam qan dövranı üçün vacib olduğunu bildirirlər.
İstilik daxili orqanlara təsir edir
Yuxuya gedərkən bədən istiliyi təbii şəkildə aşağı düşməlidir. Corab bu prosesi əngəlləyərək bədənin süni istilənməsinə səbəb olur. Nəticədə yuxu keyfiyyəti azalır və daxili orqanlar artıq yük altında qalır.
Göbələk və dəri infeksiyaları riski
Gecə boyu corabda qalan ayaqlarda tərləmə və nəm göbələk infeksiyaları üçün ideal mühit yaradır. Xüsusilə sintetik materiallı corablar allergik reaksiyalara və dəri problemlərinə səbəb ola bilər.
Sinir sistemi və yuxu pozğunluqları
Dar corablar ayaqlardakı sinir uclarını daim stimullaşdırır, bu da sinir gərginliyinə və yuxuya getmənin çətinləşməsinə səbəb olur.
MS xəstəliyi və həyat tərzi əlaqəsi
Araşdırmalar göstərir ki, həyat tərzi vərdişləri, o cümlədən yuxu keyfiyyəti, immun sisteminə təsir edərək Dağınıq Skleroz (DS) kimi xəstəliklərin riskini artıra bilər.
Mütəxəssislər vurğulayırlar ki, rahat və sağlam yuxu üçün ayaqları corabsız saxlamaq daha təhlükəsizdir.
Tərcümə: Könül Oruc