Tibbi xəbərlər
Xırdalanda toyuqları rəngləyib,
Tibbi xəbərlər
469

Xırdalanda toyuqları rəngləyib, kənd çolpası adı ilə satırmışlar

Xırdalan şəhərində sintetik maddə ilə rənglənən toyuqların satışının qarşısı alınıb.

Bu barədə E-saglam.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib. Quş kəsimi sexinin isə fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun