Tibbi xəbərlər
Bayram günlərində təcili tibbi yardıma
Tibbi xəbərlər
375

Bayram günlərində təcili tibbi yardıma 27 mindən çox müraciət daxil olub

Bayram günlərində (dekabrın 31-dən yanvarın 5-dək) təcili tibbi yardım xidmətinə ümumilikdə, 27 min 779 çağırış daxil olub.

TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, onlardan 14 min 449-u Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2026-ci il yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun