Sağlamlıq
Alüminium qablarda yemək bişirmək
Sağlamlıq
72

Alüminium qablarda yemək bişirmək sağlamlıq üçün risklidir

Diyetoloq Olqa Yablokova alüminium qablarda yumurta bişirməyin sağlamlıq baxımından təhlükə yarada biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, əsas risk qabların səthindəki qoruyucu oksid qatının zamanla cızılma, aşınma və ya əziklər nəticəsində zədələnməsi ilə ortaya çıxır.

Bu halda alüminium, xüsusilə yüksək temperaturda və duzlu və ya turş mühitdə qida ilə daha aktiv reaksiyaya girir. Yablokova qeyd edib ki, yumurtalar adətən duzlu suda qaynadılır və bu mühit alüminium ionlarının suya keçmə ehtimalını artırır. Əgər yumurtanın qabığı çatlayarsa, bu maddələr zülal və sarıya nüfuz edə bilər.

Mütəxəssis vurğulayıb ki, tərkibində yüksək miqdarda alüminium olan qidaların müntəzəm qəbulu mədə-bağırsaq narahatlıqlarına, sümük toxuması problemlərinə, böyrək xəstələrində isə alüminium intoksikasiyasına səbəb ola bilər.

Diyetoloq yumurta qaynatmaq üçün paslanmayan polad, istiliyədavamlı şüşə və ya keyfiyyətli keramika qablara üstünlük verilməsini tövsiyə edir. Bu materiallar qida ilə reaksiyaya girmir, duz və turşulara daha davamlıdır və yeməyin təbii dadını daha yaxşı qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun