Tibbi xəbərlər
Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?
Tibbi xəbərlər
82

Sidiyə tez-tez getmək təhlükə siqnalıdır?

Onkoloqlar sidik ifrazı zamanı diqqətdən kənarda qalmamalı olan həyəcanverici əlamətlər barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, sidik ifrazı istəyi gündə səkkiz dəfədən çox, gecə isə bir dəfədən çox baş verərsə, narahatlıq yaranmalıdır. Onun sözlərinə görə, bu əlamətlər sidik kisəsinin həddindən artıq aktivləşməsi üçün xarakterikdir və dözülməsi çətin olan çox güclü bir istək və ya sidik qaçaqlığı ilə müşayiət oluna bilər.

Həddindən artıq aktiv sidik kisəsi ilə sidik kisəsi əzələsi qeyri-adi güc və aktivliklə qeyri-iradi olaraq yığılır və sidik kisəsi bir qədər dolu olsa belə, beyinə yalançı sidik ifrazı siqnalı göndərir.

Bu vəziyyətin bir çox səbəbi ola bilər: hormonal disbalans, əvvəlki infeksiyaların nəticələri və ya yaşla bağlı dəyişikliklər. Kişilərdə bu cür simptomlar tez-tez prostat adenoması ilə özünü göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun