Sağlamlıq
Bir həkim sağlam yuxunun
Sağlamlıq
109

Bir həkim sağlam yuxunun üç əsas komponentini açıqladı

Sağlam və bərpaedici yuxu üçün zəruri olan üç əsas komponent müəyyən edilib.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, birinci komponent stressin azaldılmasıdır. Belə ki, daha az stress yaşadığımız zaman zehnimiz təhlükəsiz bir məkan tapır və bu, daha sağlam istirahət üçün yaxşı bir təmələ çevrilir. Gün ərzində narahatlıq və gərginliyin idarə olunması sinir sistemini rahat bir yuxuya hazırlayır.

İkinci komponent adekvat fiziki fəaliyyət və gün ərzində yataqda keçirdiyi vaxtın məhdudlaşdırılmasıdır. Mütəmadi fəaliyyət sağlam yorğunluğa səbəb olur ki, bu da daha dərin və fasiləsiz yuxuya səbəb olur.

Üçüncü komponent sirkadian ritmlərin və ya bədənin daxili bioloji saatının bərpasıdır. Buna nail olmaq üçün səhər günəş işığını oyandıqdan bir neçə dəqiqə sonra almağı, axşam parlaq ekranlardan istifadəni məhdudlaşdırmağı və yatmazdan ən azı iki saat əvvəl yemək və idman etməkdən çəkinmək tövsiyə edilir. 

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun