Tibbi xəbərlər
“Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün
Tibbi xəbərlər
110

“Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılır”

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır”.

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb:

“Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinə gətirib çıxaracaqdır. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq”.

V.Qurbanov əlavə edib ki, 2025-ci ildə “Şəkərli Diabet Elektron Reyestri” də yaradılıb:

“Bu reyestr ölkə üzrə diabet xəstələrinin vahid bazada idarə edilməsini mümkün edən strateji layihədir. Reyestr bütün tibb müəssisələrindən daxil olan məlumatları real vaxtda toplanılması və xəstələrin diaqnozu, laborator nəticələri, müalicə planları və dərman təminatı ilə bağlı informasiyaların birləşdirilməsinə şərait yaradır. Reyestr həmçinin səhiyyə idarəedilməsində analitik qərarların verilməsi üçün böyük məlumat mənbəyi funksiyasını daşıyır və kompleks xəstə qruplarının daha düzgün idarə olunmasına imkan yaradır.

Elektron epikrizin qurulması və vahid səhiyyə sisteminə inteqrasiyası - sistem vasitəsilə epikrizlər tam elektron formata keçirilib, pasiyentlərin müalicə tarixçəsinə operativ və təhlükəsiz çıxış imkanı yaradılıb. Elektron epikrizlər tibb müəssisələri arasında məlumat mübadiləsini əhəmiyyətli dərəcədə sadələşdirib, sənəd itkisi və gecikmə risklərini aradan qaldırıb. Həkimlər pasiyent məlumatlarına daha sürətli çıxış əldə edərək müalicə ardıcıllığını daha səmərəli şəkildə idarə edə bilirlər.

Qeyd edim ki, sistem dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən “Digital Bridge” milli platforması vasitəsilə vahid səhiyyə sisteminə tam inteqrasiya olunub”.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun