Tibbi xəbərlər
Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı
Tibbi xəbərlər
105

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb

“TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir”. 

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalıb:

“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir”.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun