Tibbi xəbərlər
Prezident: Azərbaycanda səhiyyə sistemi öz inkişafının
Tibbi xəbərlər
120

Prezident: Azərbaycanda səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycanda səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

E-saglam.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri var.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun