Kardioloq Mariya Çaykovskaya bildirib ki, adi bir soyuqdəymə belə ürək ritminə təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, o bildirib ki, burun selikli qişasının iltihabı vagus sinirinin duyğu budaqlarını aktivləşdirərək ürək döyüntüsündə müvəqqəti pozuntular yarada bilər.
Mütəxəssisin sözlərinə görə, güclü burun axıntısı, şişkinlik, tez-tez burun silmək və ya ağızdan nəfəs almağa keçmək nəbzdə qısa sıçrayışlar, enişlər, sarsıntı hissi və yüngül taxikardiya ilə nəticələnə bilər. Bəzən isə əksinə, nəbz müvəqqəti olaraq yavaşlaya bilər.
Çaykovskaya əlavə edib ki, öskürək və allergik rinit də ürək fəaliyyətində keçici dəyişiklik yarada bilər. Onun sözlərinə görə, bunlar normal fizioloji reaksiyalardır və adətən təhlükə yaratmır.
Tərcümə: Könül Oruc