Məlhəm Beynəlxalq Hospitalda daha bir tarixi nailiyyətə imza atılıb.
E-saglam.az xəbər verir ki, xəstəxananın təcrübəli beyin cərrahı Uzm. Dr. Teyyub Həsənov, Azərbaycanda Parkinson xəstəliyinin 50-ci cərrahi əməliyyatını uğurla həyata keçirərək ölkəmizdə bu sahədə öncül mövqeyini bir daha təsdiqləyib. Artıq Parkinson xəstələri yüksək səviyyəli cərrahi və konservativ müalicə üçün xaricə üz tutmağa ehtiyac duymur – bütün imkanlar Məlhəm Beynəlxalq Hospitalda mövcuddur.
Xəstəxananın nəzdində fəaliyyət göstərən Bakı Parkinson Mərkəzi, parkinson xəstələrinin diaqnostika və müalicəsini həyata keçirir. Həftənin iki günü Dr. Teyyub Həsənov, Dr. Aydın Bayramov ve Dr. Günay Şükürova tərəfindən xəstə qəbulu olunur.
Qeyd edəl ki, Məlhəm Beynəlxalq Hospital, Parkinson cərrahiyasında ölkənin əsas istinad mərkəzi kimi tanınır. Uzm. Dr. Teyyub Həsənov Azərbaycanda Parkinson cərrahiyyəsini tətbiq edən ilk həkim kimi tanınır.
Xəstəxananın müasir əməliyyatxanaları, yüksək texnologiyalı tibbi avadanlıqları və ixtisaslaşmış tibb heyəti beynəlxalq standartlara uyğun, təhlükəsiz və effektiv müalicə təqdim edir.
Əməliyyatdan sonra açıqlama verən Dr. Həsənov bildirib:
“Azərbaycanda Parkinson cərrahiyyəsini başlatmaq bizim üçün böyük qürurdur. Bu gün 50-ci əməliyyatımızı uğurla həyata keçirdik. Ən vacib məsələ budur ki, xəstələrimiz artıq müalicə üçün başqa ölkələrə getməyə məcbur deyil. Məlhəm Beynəlxalq Hospital olaraq ən müasir texnologiyalarla dünya standartlarına cavab verən xidmət göstəririk”.
Məlhəm Beynəlxalq Hospital yalnız Parkinson cərrahiyyəsi ilə deyil, aşağıdakı sahələrdə də yüksək nailiyyətləri ilə seçilir:
- beyin şişlərinin müalicəsi
- onurğa və sinir cərrahiyyəsi
- beyin damar tıxanıqlıqları
- mikrocərrahiyyə əməliyyatları
- travmatik beyin zədələnmələrinin yüksək ixtisaslı müalicəsi
Parkinson xəstəliyi vaxtında müalicə edildiktə qarşısı alınan bir xəstəlikdir.
Qəbul üçün müraciət: 803 və (070) 221 71 90