Xəbərlər
İçində kobra saxlanılan spirtli içkinin təhlükəsi:
Xəbərlər
71

İçində kobra saxlanılan spirtli içkinin təhlükəsi: diyetoloq xəbərdarlıq edir

Vyetnamdan gətirilən və içərisində kobra olan spirtli içkilər sosial şəbəkələrdə tez-tez suvenir kimi təqdim olunsa da, mütəxəssislər bu cür məhsulların sağlamlıq üçün ciddi risk daşıdığını bildirirlər.

E-saglam.az xəbər verir ki, diyetoloq Olqa Luşnikova qeyd edib ki, belə içkilərin təhlükəliliyi əsasən istehsal mənbəyindən asılıdır.

Onun sözlərinə görə, əgər bu spirtli içkilər rəsmi şirkət tərəfindən, sanitariya normalarına uyğun şəkildə hazırlanıbsa, risk daha azdır. Lakin qeyri-rəsmi şəraitdə, nəzarətsiz istehsal olunan məhsullar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bu zaman içkinin tərkibinə nə əlavə olunduğu, hansı məhlulların istifadə edildiyi naməlum olur.

Həkim həmçinin vurğulayıb ki, ümumiyyətlə alkoqolun təhlükəsiz dozası yoxdur və hər bir spirtli içki orqanizmə zərər verir. Mənbə bilinməyən alkoqol isə riskləri daha da artırır.

Xatırladaq ki, yaxın günlərdə Vyetnamdan Rusiyaya qayıdan turistin baqajında konservləşdirilmiş kobra olan spirtli içki gömrük işçilərinin diqqətini çəkmişdi. Bu hadisədən sonra mütəxəssislər bir daha bu tip “ekzotik” suvenirlərə ehtiyatla yanaşmağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun