Tibbi xəbərlər
Kişilər arasında ən populyar
Tibbi xəbərlər
168

Kişilər arasında ən populyar plastik əməliyyat açıqlanıb

Döşlərin kiçildilməsi əməliyyatı kişilər arasında ən populyar prosedurdur.

E-saglam.az xəbər verir ki, bunu plastik cərrah Claudia Kim "New York Post" qəzetinə müsahibəsində açıqlayıb. 

Mütəxəssis bildirir ki, ginekomastiya həyatları boyunca əksər kişilərdə görülə bilər. Onun sözlərinə görə, bu hal adətən yetkinlik dövründə yaranan hormonal balanssızlıqla əlaqəlidir və çox vaxt yaş artdıqca öz-özünə keçib gedir.

Ancaq bəzi hallarda, pozğunluq yetkin kişilərdə inkişaf edir. Həkim mümkün səbəblər kimi müəyyən dərmanların istifadəsini, piylənməni, alkoqol və ya narkomaniyanı göstərib. Kim həmçinin iddia edir ki, yetkinlik dövründə inkişaf edən döşlər arıqlama zamanı yağ toxumasının azalması səbəbindən bir qədər kiçilə bilər, lakin tamamilə yox olmayacaq.

Cərrah əlavə edib ki, 2020-ci ildən kişilərin döş kiçiltmə əməliyyatına marağı artıb. O, bunu məsələnin internetdə daha açıq müzakirə olunması ilə əlaqələndirib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun