Tibbi xəbərlər
Gömrük Hospitalının bir milyon manatlıq
Tibbi xəbərlər
93

Gömrük Hospitalının bir milyon manatlıq tenderi ləğv edilib

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

E-saglam.az xəbər verir ki, buna səbəb təchizatçıların yetərsay təşkil etməməsidir.

Tenderin ilkin ehtimal olunan dəyəri 1 milyon 91 min 614 manat olub.

Tender çərçivəsində müxtəlif immunoqlobulin preparatları, koaqulyasiya faktorları, antibiotiklər və digər tibbi vasitələrin alınması nəzərdə tutulurdu.

Oxu.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun