Qastroenteroloq Anastasiya Qostrousun fikrincə, yeməkdən sonra uzanmaq istəyi təbii görünə bilər, amma əslində sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, o, bu vərdişin təhlükələri barədə xəbərdarlıq edib.
Həkim izah etdi ki, yemək yedikdən sonra uzanarkən ən çox rast gəlinən problem mədə-ezofagial reflüksdür. Yatan zaman yemək borusu ilə mədə arasındakı qapaq düzgün bağlanmadıqda baş verir. Bu, yeyilən qida və sərt mədə şirəsinin qarışığının bir hissəsinin yemək borusuna geri sızmasına və narahatlığa səbəb olur.
Qastroenteroloq xəbərdarlıq edib ki, bu hal tez-tez baş verərsə, yemək borusu zədələnə bilər.
Bundan əlavə, Qostrous qeyd etdi ki, mədə-bağırsaq traktının üfüqi vəziyyətdə daha az effektiv fəaliyyət göstərir. Həkimin sözlərinə görə, bu, həzm prosesinin ləngiməsi, qidanın mədədə uzun müddət qalması, ağırlıq, şişkinlik, köplik, hətta ürək bulanmasına səbəb olması deməkdir.
Tərcümə: Könül Oruc