Gözlərinizin qarşısında zaman-zaman görünən nöqtələr, sapvari xətlər və kölgələr bir çox insanın həyatında rast gəldiyi adi bir hal kimi görünə bilər.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu "üzən cisimlər" bəzən göz sağlamlığı ilə bağlı vacib siqnallar verir.
Gözün arxa hissəsində jeleyə bənzər bir maye var və yaş artdıqca bu gel strukturunda dəyişikliklər baş verir. İçərisində əmələ gələn kiçik liflər işığın torlu qişaya çatmasına mane olur və kölgə yaradaraq üzən cismlər kimi görünür. Göz hərəkət etdikcə bu kölgələr də tərpənir.
Mütəxəssislər bildirirlər ki, üzən cisimlərin çoxu zərərsizdir, lakin qəfil artım və xüsusilə işıq parıltıları ilə müşayiət olunması torlu qişanın yırtılması və ya qopması kimi ciddi problemlərə işarə ola bilər. Bu halda mütləq oftalmoloqa müraciət etmək lazımdır.
Risk faktorları sırasında irəli yaş, miopiya, göz travmaları, katarakta əməliyyatı keçirmiş olmaq və diabet kimi xroniki xəstəliklər var. Bu hallarda gözün jelatin strukturu daha asan pisləşdiyi üçün üzən cisimlər daha çox müşahidə edilir.
Üzən ləkələr tamamilə yox olmasa da, zamanla beyin onları daha az seçir və narahatlıq azalır. Əgər problem retina ilə bağlıdırsa, lazer və ya cərrahi müalicə tələb oluna bilər. Bu səbəbdən mütəxəssislər müntəzəm göz müayinələrini laqeyd yanaşmamağı tövsiyə edirlər.
Tərcümə: Könül Oruc