7 dekabr tarixində “World” Karyera və Peşə Mərkəzi və “ÜTÜ QRUP” un təşkilatçılğı ilə “Sən SəhnədəSƏN” adlı natiqlik forumu keçirildi.
E-saglam.az xəbər verir ki, forumda müxtəlif sahələrdən olan spikerlər danışıq bacarıqlarının, təqdimatın və natiqlik bacarıqlarının hər bir peşə sahəsində nə qədər önəmli olduğunu vurğulayan səhnəciklərlə çıxış etdilər.
200-ə yaxın psixoloq, müəllim, təlimçi və gənclərin iştirak etdiyi forumda 5 kitabın yazıçıları ilə də görüş keçirildi. İştirakçlar müəlliflərlə yaxından tanış olmaq və imzalı kitab əldə etmək şansı qazandılar.
Forum eyni zamanda yeni dostluqların yaranması və layihələrin keçirilməsi üçün şərait yaratdı. İştirakçılar bol bilgi, motivasiya və xoş yaddaqalan anlarda yekunda xatirə fotosu çəkdirdi.
Qeyd edək ki, forumun media dəstəyi E-saglam.az saytıdır.