Tibbi xəbərlər
Kimyəvi antiseptiklər əvəzinə SARIMSAQ qarqara
Tibbi xəbərlər
10

Kimyəvi antiseptiklər əvəzinə SARIMSAQ qarqara istifadə etmək təhlükəsizdirmi?

Yeni araşdırmalar göstərir ki, sarımsaq ekstraktından hazırlanan qarqara, ağız sağlamlığı üçün geniş istifadə olunan kimyəvi antiseptiklərə təsirli və təbii alternativ ola bilər.

E-saglam.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetindən mütəxəssislər bildirirlər ki, sarımsaqla dəmlənmiş qarqara, bəzi hallarda xlorheksidin kimi kimyəvi maddələrlə müqayisə edilə bilən antimikrob təsir göstərir.

Araşdırmada qeyd olunur ki, kimyəvi ağız yaxalamalarının həddindən artıq istifadəsi antimikrob müqavimətini artıra və ağız infeksiyalarına səbəb ola bilər. Sarımsaq isə əsrlər boyu müalicəvi xüsusiyyətləri ilə tanınır və mikrobların qarşısını almaqda təbii bir vasitədir.

Bununla belə, sarımsaq qarqara bəzi insanlarda dad pozğunluğu, ağızda yanma və kəskin qoxu kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin bəzi patogen mikroorqanizmlərə qarşı kimyəvi antiseptik qədər təsirli olmaya bilər.

Alimlər vurğulayırlar ki, sarımsaqlı qarqaraların xlorheksidini tam əvəz etməsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var. Bu təbii vasitə kimyəvi maddələrdən çəkinmək istəyənlər üçün maraqlı və potensial faydalı alternativdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun