Tibbi xəbərlər
Zeytun yağı diz artritinə
Tibbi xəbərlər
7

Zeytun yağı diz artritinə faydalıdır?

Təzə sıxılmış zeytun yağının diz ağrısı və kirəclənməyə təsiri ilə bağlı Türkiyədə aparılan yeni tədqiqat maraqlı nəticələr göstərib.

E-saglam.az xəbər verir ki, bir neçə universitet və tibb mərkəzinin alimlərinin iştirakı ilə həyata keçirilən araşdırmada osteoartrit modeli yaradılan siçanlar 21 gün boyunca təzə sıxım zeytun yağı ilə hazırlanmış yemlərlə qidalandırılıb.

Nəticələrə görə, bu qidalanma siçanlarda diz kirəclənməsinin azalmasına, oksidləşmiş “pis” xolesterolun (ox-LDL) və oksidan maddələrin səviyyəsinin aşağı düşməsinə səbəb olub. Histoloji analizlərdə də qığırdaq zədələnməsinin azaldığı təsdiqlənib.

Araşdırma “Clinical Rheumatology” jurnalında dərc edilib.

Mütəxəssislər bildiriblər ki, zeytun yağı antioksidant təsir göstərsə də, onu osteoartriti müalicə edən dərman kimi qəbul etmək düzgün deyil. Bu nəticələr yalnız siçanlar üzərində aparılan təcrübəyə əsaslanır və təsirin insanlar üçün keçərli olub-olmadığını müəyyənləşdirmək üçün geniş miqyaslı tədqiqatlara ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun