Tibbi xəbərlər
Ən çox əməliyyat aparılan
Tibbi xəbərlər
95

Ən çox əməliyyat aparılan xəstəxanalar açıqlanıb

Ən çox əməliyyat aparılan xəstəxanalar açıqlanıb.

E-saglam.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb: "Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir". 

O, qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur: "Keçən il ilə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub". 

A. Əhmədova bildirib ki, ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub.

Departament rəhbəri vurğulayıb ki, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara gəldikdə isə bir neçə istiqamət ön plana çıxır: "Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. 

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır".

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun