Tibbi xəbərlər
Bu ay cərimələnən klinika və həkimlərin
Tibbi xəbərlər
161

Bu ay cərimələnən klinika və həkimlərin sayı açıqlanıb - RƏSMİ

2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş yoxlamalar zamanı 14 klinika və 14 həkim cərimələnib.

E-saglam.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cərimələr əsasən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı tətbiq edilib.

"Bir sıra hallarda lisenziya olmadan və lisenziyadan kənar fəaliyyət aşkar olunub. Aşkar edilmiş faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək növbəti icraata göndərilib".

Qeyd olunub ki, cari ilin tam illik statistikası növbəti ilin əvvəlində açıqlanacaq.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun