Bu yuxusuzluqla mübarizə üçün sadə, lakin təsirli bir üsuldur.
E-saglam.az-ın məlumatına görə, İspan neyrofizioloqu Daniel Blanes Jakar izah etdi ki, əgər yuxu 30 dəqiqə ərzində gəlmirsə, yataqda qalmayın, çünki bu, məyusluğa səbəb olur və problemi daha da pisləşdirir.
Mütəxəssis izah etdi ki, məyusluq bədəndə oyaqlığı təşviq edən hormonları aktivləşdirir. Özünüzü yatmağa məcbur etmək əvəzinə, o, yataqdan qalxıb yuxululuq hiss edənə qədər tünd sarı və ya narıncı işıqda sakit və "məhsuldar olmayan" bir şey etməyi tövsiyə edir.
"İdeal fəaliyyət mümkün olan ən darıxdırıcı kitabı oxumaqdır", - dedi Jakar.
O, xəbərdarlıq edib ki, smartfondan istifadə etmək, televizora baxmaq və ya konsentrasiya tələb edən işləri yerinə yetirmək, əksinə, yuxunu gecikdirir və narahatlığı artırır.
Tərcümə: Könül Oruc