Tibbi xəbərlər
Alimlər hansı yuxunun qan təzyiqini
Tibbi xəbərlər
143

Alimlər hansı yuxunun qan təzyiqini aşağı saldığını aşkar ediblər

Amerikalı tədqiqatçılar hipertoniya xəstələrində qan təzyiqini dərmansız azaltmağın sadə, lakin təsirli yolunu aşkar ediblər. Məlum olub ki, sadəcə yuxu vaxtının stabil saxlanılması təzyiqə əhəmiyyətli təsir göstərir.

E-saglam.az-ın məlumatına görə, tədqiqatda iştirak edən 11 hipertoniya xəstəsindən hər axşam eyni saatda yatmaq və bu rejimə ciddi əməl etmək tələb olunub. Yatma vaxtındakı dəyişkənlik 30 dəqiqədən 7 dəqiqəyə endirildikdə, iştirakçıların sistolik təzyiqi orta hesabla 4 mmHg, diastolik təzyiqi isə 3 mmHg aşağı düşüb.

Mütəxəssislər bildirirlər ki, gecə təzyiqində cəmi 5 mmHg azalma belə, ürək-damar xəstəlikləri riskini 10 faizdən çox azalda bilər. Tədqiqat müəllifi Saurabh Thosarın sözlərinə görə, bu nəticə müntəzəm fiziki aktivlik və duz qəbulunun azaldılması kimi təsirə malikdir.

Araşdırmanın nəticələri SLEEP Advances (SAdv) jurnalında dərc edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun