Tibbi xəbərlər
Həkim burun tüklərini yolmağın
Tibbi xəbərlər
208

Həkim burun tüklərini yolmağın təhlükəli nəticələrini açıqlayıb

Cərrah Tonya El Fermer xəbərdarlıq edir ki, burun tüklərini qoparmaq bəzən həyati təhlükə yarada bilər.

E-saglam.az-ın məlumatına görə, o, müsahibəsində burun bölgəsinin üzdə “ölüm üçbucağı” adlanan hissəyə daxil olduğunu bildirib. Bu zona beynin dərin hissələri ilə birbaşa əlaqədə olan damarlarla zəngindir və burada yaranan hər bir zədə infeksiyanın beyinə keçmə riskini artırır.

Mütəxəssisin sözlərinə görə, Staphylococcus aureus və müxtəlif streptokoklar kimi təhlükəli bakteriyalar normalda dəridə zərərsiz olsa da, qan dövranına düşdükdə şişlik, qızartı, güclü ağrı yarada və nadir hallarda beynə yayılaraq ağır fəsadlara səbəb ola bilər.

Fermer qeyd edib ki, bu infeksiya bəzi hallarda sepsis və tromboz kimi ağır nəticələrə gətirib çıxara bilər. Həkim əlavə edib ki, təhlükə yaradan yalnız burun tüklərini yolmaq deyil — ölüm üçbucağında sızanaq sıxmaq, burnu deşmək və ya dərini kəsən hərəkətlər də eyni dərəcədə risklidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun