Xəbərlər
Ləmanın vəziyyəti ağırdır -
Xəbərlər
158

Ləmanın vəziyyəti ağırdır - “Yeni Klinika”ya köçürüldü

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam edəcək.

E-saglam.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.

“Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin”, - paylaşımda deyilir.

Qeyd edək ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun