Psixoloq və bədən terapiyası məsləhətçisi Marina Kuznetsova selülitin səbəblərini sadalayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, amillər hormonal dəyişikliklər, stress, yuxu olmaması və oturaq həyat tərzi ola bilər.
"Selülit sadəcə kosmetik qüsur deyil. Bu, stress səviyyələrini və emosional gərginliyi əks etdirir. Bədəninizdə işləmək özünü qəbul etməkdən başlayır, əks halda qüsurlarla mübarizə aparmaq yeni narahatlıq mənbəyinə çevrilir", - ekspert bildirib.
Kuznetsova qeyd edib ki, müntəzəm narahatlıq kortizol və metabolik pozğunluqların artmasına səbəb ola bilər. Bu, öz növbəsində, zəif qan axını, kollagen çatışmazlığı və mayenin tutulmasına səbəb olur.
Tərcümə: Könül Oruc