Faydalı xassələri ilə məşhur olan cod(treska) qaraciyəri yağı düzgün olmayan şəkildə istehlak edildikdə təhlükəli ola bilər.
Zəngin tərkibinə baxmayaraq - rekord miqdarda D və A vitaminləri, omeqa-3 yağ turşuları - məhsul ciddi dozaj tələb edir. Mütəxəssis xəbərdarlıq edir ki, sadəcə 100 qram cod (treska) qaraciyəri yağında A vitamininin gündəlik dəyərinin 300%-ə qədəri var ki, bu da hipervitaminoza səbəb ola bilər.
A vitamininin həddindən artıq olmasının simptomlarına baş ağrısı, ürəkbulanma, saç tökülməsi və hətta sümüklərin zədələnməsi daxildir. Məhsulda həmçinin 100 q-da 700 mq-a qədər xolesterin var ki, bu da hiperkolesterolemiyası olan insanlarda ehtiyatlı olmağı tələb edir.
Bir qidalanma mütəxəssisi həftədə 1-2 dəfə 10 qramdan çox olmayan məhsul istehlak etməyi tövsiyə edir - bu, təxminən bir çay qaşığıdır. Hamilə qadınlar, uşaqlar və dəniz məhsulları allergiyası olan insanlar xüsusilə diqqətli olmalıdırlar.
Tərcümə: Könül Oruc