Tibbi xəbərlər
Sabunçu Tibb Mərkəzində
Tibbi xəbərlər
108

Sabunçu Tibb Mərkəzində YENİ əməliyyata başlanılıb

Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının (zədələnmiş və ya xəstə oynağın süni protezlə əvəz olunması əməliyyatı) icrasına başlanılıb.

Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb mərkəzində ilk dəfə 66 yaşlı pasiyent üzərində həyata keçirilmiş endoprotez əməliyyatı uğurla başa çatıb.

Endoprotez əməliyyatları icra edən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Hazırda bu əməliyyatın həyata keçirildiyi müəssisələrin sayının daha da artırılması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər davam etdirilir.

Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun