Tibbi xəbərlər
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına
Tibbi xəbərlər
307

Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab

“TƏBİB daxilində ali təhsili olmayan əməkdaşımız yoxdur”.

E-saglam.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

“Son günlər mediada bir əməkdaşımız haqqında yayılan xəbərlə bağlı bildirmək istəyirəm ki, həmin şəxs ATU-nun Tibbi profilaktika fakültəsini bitirib. Diplomunda həkim yazılıb. Səhiyyənin idarə olunması ilə bağlı magistr dərəcəsi alıb. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı paylaşmamışdan əvvəl dəqiqləşdirilmə aparılsın”.

Xatırladaq ki, son günlər mətbuatda TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı haqqında məlumat yayılıb.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun