Tibbi xəbərlər
Həkim yanaq dişləməsinin ölümcül təhlükəsi barədə
Tibbi xəbərlər
68

Həkim yanaq dişləməsinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib

Dodaqları və yanaqları daim dişləmək sadə bir vərdiş kimi görünsə də, ağız boşluğunda xroniki travmaya və uzunmüddətdə xərçəng riskinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, onkoloq İrina Antonova bildirir ki, illərlə davam edən zədələnmə toxumalarda bədxassəli şiş inkişafını sürətləndirə bilər.

Həkimin sözlərinə görə, ağızda heç bir ağrı yaratmayan, sağalmayan xora ən təhlükəli əlamətlərdən biridir. Əgər stomatoloqun təyin etdiyi müalicəyə baxmayaraq yaranın 10–14 gün ərzində keçmədiyini görürsünüzsə, bu, təsadüfi dişləmə izinə bənzəsə belə, dərhal onkoloqa müraciət olunmalıdır.

Mütəxəssis şişin erkən aşkarlanması üçün mütəmadi olaraq ağız boşluğunun özünümüayinəsini tövsiyə edir. Yanaqların, dilin, diş ətlərinin və damağın selikli qişasında görünən ağ və ya qırmızı ləkələrə, şişkinliyə və ya toxunanda hiss olunan hər hansı bərkiməyə diqqət yetirmək vacibdir.

Həkim xəbərdarlıq edir ki, xroniki ağız travması vaxtında diaqnoz qoyulmasa, nəticələri ölümcül ola bilər. Müntəzəm müayinə və ağız gigiyenasına diqqət isə riski minimuma endirir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun