Tibbi xəbərlər
Masaj zamanı edilən səhv gənclərdə
Tibbi xəbərlər
56

Masaj zamanı edilən səhv gənclərdə insult riskini artırır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ixtisassız şəxslər tərəfindən edilən boyun masajı damarların yırtılmasına və laxtanın beyin damarlarını tıxamasına səbəb ola bilər. Bu cür insult hallarının xüsusilə gənclərdə artdığı bildirilir.

E-saglam.az xəbər verir ki, Əskişəhər Osmanqazi Universitetinin Nevrologiya kafedrasının üzvü və İnsult Mərkəzinin rəhbəri professor Dr. Atilla Özcan Özdemir insultun iki növünün olduğunu bildirib: beyin arteriyasının tıxanması və beyin qanaması. Onun sözlərinə görə, xüsusilə işemik insult bütün dünyada daha çox yayılıb və ölüm səbəbləri arasında ön sıralardadır.

Həkim insultun artıq təkcə yaşlılarda deyil, gənclərdə də artdığını, bunun səbəbləri arasında ürək xəstəlikləri, diabet, stress, virus infeksiyaları və siqareti göstərib. O qeyd edib ki, qəfil nitq pozğunluğu, üzün bir tərəfinin sallanması və ya qol zəifliyi kimi əlamətlər yaranarsa dərhal təcili yardıma zəng edilməlidir.

Professor Özdəmir erkən tibbi müdaxilənin xəstənin tam sağalma şansını xeyli artırdığını vurğulayıb. Onun sözlərinə görə, ilk 24 saat ərzində beyin damarını açmaq mümkün olarsa, xəstə bir neçə ay sonra müstəqil həyatına qayıda bilər.

Həkim son illər gənclərdə müşahidə edilən insult riskinin artmasının əsas səbəblərindən birinin də boyun masajı olduğunu bildirib. İxtisassız şəxslərin etdiyi masaj zamanı damar yırtılması baş verə, orada yaranan laxta isə beyin arteriyasını tıxayıb insult yarada bilər. Özdəmir boynun “çatladılması”, sərt masajlar və başın kəskin hərəkətləri ilə bağlı ciddi xəbərdarlıq edib.

O həmçinin hipertoniya xəstələrinin qrip üçün istifadə edilən burun damcılarından uzaq durmasını məsləhət görüb, çünki bu preparatlar qəfil təzyiq artımına və beyin qanamasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun