Tibbi xəbərlər
Dil rəngi xəstəliklərin
Tibbi xəbərlər
78

Dil rəngi xəstəliklərin ilk əlaməti ola bilər

Dil çox vaxt orqanizmdə baş verən problemlərin ən erkən göstəricilərindən biridir.

E-saglam.az xəbər verir ki, onkoloq Səbuhi Səmədov, dilin rəngi və üzərindəki örtüyə baxaraq hansı xəstəlikləri müəyyən etməyin mümkün olduğunu izah edib.

Həkimin sözlərinə görə, sağlam insanın dili solğun çəhrayı, hamar və nazik, asanlıqla təmizlənən ağ örtüklü olmalıdır. Bu örtük səhər saatlarında normal sayılır və bir gün əvvəl qəbul edilən qidalardan yaranır. Lakin əgər örtük sarımtıl və qalın olmağa başlayırsa, bu, mədə-bağırsaq sistemi ilə bağlı problemlərin göstəricisidir.

Səmədov dilin rənginə xüsusi diqqət yönəldir. Onun izahına görə,
ağ və ya sarı rəngli dil mədə və həzm pozuntularını göstərir,
tünd və ya qara rəngli dil qaraciyər və öd yolları xəstəliklərinə işarə edir,
parlaq qırmızı dil ürək-damar xəstəlikləri və bəzi infeksiyaların əlaməti ola bilər,
bənövşəyi dil isə orqanizmin oksigen çatışmazlığından əziyyət çəkdiyini göstərir.

Həkimin fikrincə, dildəki çatlar və ağ izlər bəzən normal sayılır. Lakin dil uzun müddət hamar və çəhrayı olubsa və birdən üzərində yivlər, dərin çatlar və ya qeyri-adi izlər yaranıbsa, bu artıq mütəxəssisə müraciət etmək üçün ciddi səbəbdir.

Səmədov vurğulayıb ki, dilin vəziyyətini diqqətlə izləmək bir çox xəstəliyi erkən mərhələdə aşkar etməyə kömək edə bilər və bu, riskləri xeyli azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun