Tibbi xəbərlər
Daim ağlayan körpənin ağrısının səbəbi
Tibbi xəbərlər
151

Daim ağlayan körpənin ağrısının səbəbi hər kəsi heyrətləndirdi

İstanbulda iki yaşlı körpə sancağı udub və iynə onun bağırsağını deşib.

E-saglam.az xəbər verir ki, uşağın qarın ağrısı və davamlı ağlaması ailəni narahat edib. Nənəsi tərəfindən xəstəxanaya aparılan uşağa edilən rentgen müayinəsində təxminən 3 santimetr uzunluğunda sancaq aşkarlanıb.

İlhan Varank Sancaktepe Təlim və Araşdırma Xəstəxanasında keçirilən əməliyyat zamanı sancaq uğurla çıxarılıb. Tibb üzrə dosent, şəhid professor Dr. Sefa Sağ bildirib ki, bu vəziyyət çox təhlükəli idi və vaxtında müdaxilə edilməsəydi ağır nəticələr doğura bilərdi.

Hazırda körpənin vəziyyəti stabildir, həkimlər ailələri diqqətli olmağa və uşaqların ətrafındakı xırda əşyaları nəzarətsiz buraxmamağa çağırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun