Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır.
E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib.
O, səhiyyə sahəsində kadr çatışmazlığının olduğunu da təsdiqləyib:
"Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək".
Report.az