Xəbərlər
Xaçmazda avtomobildə təcili doğuş zamanı körpə
Xəbərlər
111

Xaçmazda avtomobildə təcili doğuş zamanı körpə həyatını itirib

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

E-saglam.az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xəttinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb.

Nəticədə ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib və doğum "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Ana Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

©Report

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun