Tibbi xəbərlər
2026-da səhiyyə xərcləri
Tibbi xəbərlər
83

2026-da səhiyyə xərcləri 2 milyardı aşa bilər

Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat ayrılması proqnozlaşdırılır.

E-saglam.az APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Beləliklə, səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 4,9 faiz olacaq.

Səhiyyə xərcləri 2025-ci illə müqayisədə 58,9 milyon manat, yaxud 2,9 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə səhiyyə xərcləri 1 milyard 993, 5 milyon manat nəzərdə tutulub.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun