Tibbi xəbərlər
Ana südü belə saxlanılmalıdır -
Tibbi xəbərlər
15

Ana südü belə saxlanılmalıdır - DİQQƏT

Ana südü körpələr üçün ən qiymətli qida mənbəyidir. Döş nasosu ilə süd saxlamaq istəyən analar üçün isə gigiyena və düzgün saxlanma qaydaları böyük əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, südün toplanması zamanı bəzi qaydalara ciddi şəkildə əməl edilməlidir. Bu qaydalar aşağıdakılardır:

  • Süd əl, mexaniki və ya elektron döş nasosu ilə sağıla bilər.

  • Toplanan süd təmiz şüşə qabda və ya BPA-sız sərt plastik şüşələrdə saxlanmalıdır. Süd saxlama torbaları da istifadə edilə bilər.

  • Birdəfəlik plastik torbalar və ya şüşə astarları istifadəyə uyğun deyil.

  • Hər qabda tarix və saat qeyd olunmalı, həkimə veriləcəksə uşağın adı yazılmalıdır.

  • Hər istifadədən sonra döş nasosu yaxşıca təmizlənməlidir.

Saxlama qaydaları:

  • Süd tam donduqdan sonra qabın qapağı sıx bağlanmalıdır. Donma zamanı genişlənmə üçün qabda boşluq qalmalıdır.

  • Süd 2–4 unsiyalıq kiçik porsiyalarda saxlanarsa, sonradan istifadəsi rahat olar.

  • Soyuducuda (40°F / 4°C və aşağıda): 3 günə qədər.

  • Dondurucuda (32°F / 0°C və aşağıda): 3–4 ay.

  • Dərin dondurucuda (0°F / –18°C və aşağıda): 6 ay və daha uzun.

  • Süd həmişə soyuducunun arxa tərəfində saxlanmalıdır, qapıda yox.

Əritmə və istifadə

  • Ən əvvəl ən qədim tarixli süd istifadə olunmalıdır.

  • Süd otaq temperaturunda və ya soyuq halda verilə bilər, qızdırmaq məcburi deyil.

  • Dondurulmuş süd isti axar su altında əridilə bilər.

  • Mikrodalğalı sobada qızdırmaq qadağandır – həm qida maddələrinə zərər verir, həm də isti nöqtələr yanıqlara səbəb ola bilər.

  • Südü silkələmək olmaz; yalnız yavaşca fırladaraq qarışdırmaq lazımdır.

  • Ərimiş süd 24 saat ərzində istifadə edilməlidir, otaq temperaturunda qalan süd isə maksimum 1 saata içirilməlidir.

  • Qidalanmadan sonra şüşədə qalan süd atılmalıdır, çünki bakteriyalar onun tərkibini dəyişdirə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun